...

Ermənistanın dövlət borcu 4,5 milyard dollara çatıb

Dünya xəbərləri Materials 4 Fevral 2015 15:39 (UTC +04:00)
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2014-cü ildə ölkənin dövlət borcu 4,441 milyard dollar təşkil edib.
Ermənistanın dövlət borcu 4,5 milyard dollara çatıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2014-cü ildə ölkənin dövlət borcu 4,441 milyard dollar təşkil edib. Trend xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

Məlumatda deyilir ki, ötən ilin dekabrında ölkənin borcu 26,847 milyon dollar artıb.

Dövlət borcunun 3,785 milyard dolları xarici borcdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti