...

ABŞ İraqın şimalında hərbi baza yaradacaq

Dünya xəbərləri Materials 10 Fevral 2015 10:15 (UTC +04:00)
ABŞ İraqın şimalındakı kürd muxtariyyətinin ərazisində hərbi baza açacaq.
ABŞ İraqın şimalında hərbi baza yaradacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

ABŞ İraqın şimalındakı kürd muxtariyyətinin ərazisində hərbi baza açacaq. Trend xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti İraqın şimalındakı kürd muxtariyyətindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Hərbi bazadan Suriya və İraq ərazilərindəki "İslam Dövləti" terror qruplaşmasının yaraqlılarına qarşı mübarizə üçün istifadə olunacaq.

ABŞ hərbi bazası muxtariyyətin paytaxtı Erbil şəhərinin ətrafında yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti