...

ABŞ-da polis oyuncaq tapançası olan qaradərilini yaralayıb

Dünya xəbərləri Materials 13 Fevral 2015 13:38 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının polisi tabel silahından açdığı atəşlə oyuncaq tapançası olan 15 yaşlı afroamerikalını yaralayıb.
ABŞ-da polis oyuncaq tapançası olan qaradərilini yaralayıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

ABŞ-ın Kaliforniya ştatının polisi tabel silahından açdığı atəşlə oyuncaq tapançası olan 15 yaşlı afroamerikalını yaralayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident Los-Anceles şəhərində baş verib.

Xəsarət almış Camar Nikolson deyib ki, səhər saatlarında küçə ilə dostlarıyla gedərkən "Yerindən tərpənmə" səsini eşidib.

Camar geri dönərkən əlində tapança olan polisi görüb. Sonra isə yeniyetmə belinə güllə vurulmuş şəkildə yerə sərilib.

Şahidlərin sözlərinə əsasən, polis yeniyetməyə silahı atmağı əmr etməyərək sadəcə atəş açıb. Polis isə öz əməkdaşını müdafiə edərək bəyan edib ki, məsafədən silahın əsl və ya oyuncaq olduğunu müəyyən etmək çətindir.

Qeyd edək ki, bu, ABŞ-da polisin yeniyetməyə atəş açdığı ilk hadisə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti