Azərbaycan, Bakı, 16 fevral /Trend/
Aİ Rusiya üçün "qara siyahı"nı genişləndirərək 19 fiziki və 9 hüquqi şəxsin adını da buraya əlavə edib. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Məhdudlaşdırıcı tədbirlər Aİ-nin rəsmi jurnalında dərc edilib və həmin andan qüvvəyə minir.
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov, Dövlət Dumasının deputatı İosif Kobzon və daha üç rusiyalının adı genişləndirilmiş siyahıya salınıb. Siyahıya, həmçinin şərqi Ukraynanın 14 sakini və separatçıların 9 təşkilatı daxil edilib.
Qərb ölkələri keçən ilin mart ayından bir neçə dəfə rusiyalı iş adamları, siyasətçilər və şirkətlərə qarşı RF-nin Ukrayna ilə bağlı mövqeyinə görə sanksiyalar tətbiq edib.