Azərbaycan, Bakı, 28 fevral /Trend/
İstintaq Moskvanın mərkəzində siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı bütün versiyaları, o cümlədən Ukrayna daxilindəki hadisələrlə mümkün əlaqəni araşdırır. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
İstintaq Komitəsinin məlumatında qeyd olunur: "Sirr deyil ki, hər iki münaqişə tərəfində heç bir hakimiyyətə tabe olmayan radikal simalar var".
Bildirilir ki, B.Nemtsovun qətli siyasi zəmində törədilə bilər.
Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən bir neçə dəfə atılan atəş nəticəsində hadisə yerində keçinib.