Azərbaycan. Bakı, 2 mart /Trend/
Los-Anceles polisi onlara tabe olmayan evsiz vətəndaşı güllələyib. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Hadisə Skid-rou rayonunda baş verib. Bir qrup polis evsiz vətəndaşlarla toqquşmada olarkən hadisə şahidlər tərəfindən mobil telefona çəkilib.
Polislər evsiz kişini yerə yıxırlar. Onlardan biri "Silahları yerə atın" deyir. Bundan sonra 5 dəfə atəş açılır.
Evsiz kişi xəstəxanaya çatdırılandan az sonra dünyasını dəyişib.