Azərbaycan, Bakı, 3 aprel /Trend/
Minlərlə tələbə təhsilə öz təsirini göstərəcək sərt iqtisadiyyat planına etiraz məqsədilə Kanadanın Monreal şəhərinin küçələrinə çıxıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
Aksiya iştirakçılarından biri deyib: "Biz hökumətə bildirmək istəyirik ki, əhalinin fikri nəzərə alınmadan qərar qəbul edilməməlidir".
Nümayiş təşkilatçılarının verdiyi məlumata görə, etiraz aksiyasına 75 min nəfər yığışıb. Aksiyada tələbələrin həmkarlar ittifaqı da iştirak edib.
Jurnalıstlətin məlumatına görə isə etirazçıların sayı 10-20 min arası təşkil edib.
Aksiyaçıların sayı barədə rəsmi məlumat yoxdur.