Azərbaycan, Bakı, 10 aprel /Trend/
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Yaponiya arasında ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı sazişi təsdiqləyib.
Trend "Resmi Gazete"yə istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə parlamentində təsdiqlənmiş sazişə görə, 2023-cü ilə qədər Sinopda ikinci AES layihəsinin reallaşdırılmasını bitirmək nəzərdə tutulub.
Saziş 2013-cü ildə imzalanıb. AES-in ildə 40 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcəyi bildirilir.