Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməyəcəyinə ümid edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır deyib.
Onun sözlərinə görə, Türkiyə-Aİ ikitərəfli əlaqələri dinamik inkişaf edir və belə qətnamənin qəbul edilməsi bu əlaqələrə ciddi zərər vura bilər: "Əgər belə qətnamə qəbul edilsə, bunun Türkiyə üçün heç bir əhəmiyyəti olmayacaq".
Qeyd edək ki, Avropa Parlamenti aprelin 15-də qondarma "erməni soyqırımı" haqqında qətnaməyə baxacaq.