...

Rusiya pilotsuz “KamAZ” avtomobillərinin istehsalına hazırlaşır

Dünya xəbərləri Materials 15 Aprel 2015 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Rusiya pilotsuz "KamAZ" avtomobillərinin istehsalı üçün 18 milyard rubl (təxminən 360 milyon ABŞ dolları) həcmində vəsait ayırıb.

Trend-in "İzvestiya"ya istinadən verdiyi məlumata görə, Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2019-cu ilə qədər pilotsuz yük maşınları ilə bağlı layihənin gerçəkləşdirilməsinə 18 milyard rubl həcmində vəsait ayırıb.

Pilotsuz yük maşınları ilə bağlı layihənin icraçısı "Cognitive Technologies" şirkəti olacaq. Bu avtomobillər adi sürücüsü olan "KamAz"lardan 10-15 faiz baha satılacaq.

"KamAZ" şirkəti tərəfindən birbaşa investisiya 90 milyon rubl olub, Elm və Təhsil Nazirliyi isə "Cognitive Technologies" şirkətinə layihə üçün 300 milyon rubl ayırıb.

Şirkətin prezidenti Olqa Uskova bildirib ki, bu il ilk təcrübə modelinin sınağının keçirilməsi və Tatarıstanda bu sınaqlar üçün xüsusi poliqonun yaradılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti