Azərbaycan, Bakı, 18 aprel /Trend/
Əfqanıstanın şərqində baş vermiş partlayışlar nəticəsində 33 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlardan biri bank şöbəsi, daha biri isə İnformasiya və mədəniyyət departamentinin binası yaxınlığında baş verib.
"İslam dövləti" terror qruplaşması partlayışlara görə məsuliyyəti üzərinə götürüb.