Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin ermənilərdən üzr istəməsi üçün səbəb yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan deyib.
O qeyd edib ki, Türkiyənin tarixində heç bir "erməni soyqırımı" olmayıb.
Y. Ağdoğanın sözlərinə əsasən, Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün arxivləri açmağa hazır olduğunu dəfələrlə bəyan edib, lakin Ermənistan hər dəfə bu təklifə məhəl qoymur: "Türkiyə hakimiyyəti bir neçə dəfə Ermənistana dost əlini uzadıb, lakin bu ölkə həmişə onu geri çevirib".
Türkiyə-Ermənistan əlaqələrinin normallaşması imkanlarını şərh edən Y.Ağdoğan əlavə edib ki, Azərbaycan torpaqları azad edilmədən bu barədə söhbət gedə bilməz.