...

Çində gəmi qəzasında ölənlərin sayı artır

Dünya xəbərləri Materials 8 İyun 2015 10:43 (UTC +04:00)
Çində Yanszı çayında “Şərqin ulduzu” səyahət gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 434 nəfərə çatıb.
Çində gəmi qəzasında ölənlərin sayı artır

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Çində Yanszı çayında "Şərqin ulduzu" səyahət gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 434 nəfərə çatıb. Trend-in "RIA Novosti"-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Daha əvvəl 431 nəfərin həlak olması, 11 nəfərin itkin düşməsi barədə xəbər verilmişdi.

14 nəfər xilas edilib.

Xatırladaq ki, gəmi iyunun 1-də Xubey əyaləti ərazisində qəzaya uğramışdı. Nankin şəhərindən Çunçinə gedən səyahət gəmisi güclü qasırğa nəticəsində əyilmiş və suya bataraq çevrilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti