...

"Twitter"in baş direktoru istefa verib

Dünya xəbərləri Materials 12 İyun 2015 02:43 (UTC +04:00)
"Twitter"in baş direktoru Dik Kostolo istefa verib.
"Twitter"in baş direktoru istefa verib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Twitter"in baş direktoru Dik Kostolo istefa verib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, şirkətə müvəqqəti Cek Dorsi başçılıq edəcək.

Şirkətin verdiyi bəyanatına görə, Kostolo 1 iyulun 1-də öz vəzifəsini tərk edəcək, amma "Twitter"in idarə heyətində qalacaq.

Məşhur internet-resursun daimi rəhbərinin axtarışıyla xüsusi komissiya məşğul olacaq.

"Mən "Twitter" komandasıyla və bu komandanın şirkətdə olduğun altı il ərzində etdiyi hər şeylə hədsiz qürurluyam. Bizdə əla liderlər və dəqiq hədəflər və prioritetlər strategiyası var", Kostolo bəyanatda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti