...

Ermənistan polisi Yerevanın mərkəzindəki mitinqi dağıdıb (FOTO+VİDEO)

Dünya xəbərləri Materials 23 İyun 2015 10:32 (UTC +04:00)
Bu gün Ermənistan polisi Yerevanın mərkəzində elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı dağıdıb.
Ermənistan polisi Yerevanın mərkəzindəki mitinqi dağıdıb (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bu gün Ermənistan polisi Yerevanın mərkəzində elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı dağıdıb. Trend TASS agentliyinə istinadən xəbər verir.

Su şırnağı vasitəsilə aksiya iştirakçıları Marşal Baqramyan prospektindən opera teatrı istiqamətində sıxışdırılıb. Saxlanılanlar var.

Nümayişçilər, öz növbəsində, canlı efirdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdə israrlıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti