...

Azyaşlı məhbus Amerika həbsxanasındakı işgəncələrdən danışdı

Dünya xəbərləri Materials 9 İyul 2015 10:23 (UTC +04:00)
Amerikanın “The Campaign for Youth Justice” təşkilatının dərc olunan hesabatında yetkinlik yaşına çatmış məhbuslar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində 10 minə yaxın azyaşlı dustaq saxlanılır.
Azyaşlı məhbus Amerika həbsxanasındakı işgəncələrdən danışdı

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Amerikanın "The Campaign for Youth Justice" təşkilatının dərc olunan hesabatında yetkinlik yaşına çatmış məhbuslar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində 10 minə yaxın azyaşlı dustağın saxlanıldığı bildirilir. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Məlumatda deyilir ki, azyaşlı dustaqlar tez-tez nəzarətçilər və kamera yoldaşları tərəfindən kobud münasibətin qurbanı olurlar.

Bunu 17 yaşında xırda fırıldaqçılığa görə həbsxanaya atılan Ceyminin hekayəsi də təsdiq edir.

Vəkilə yazdığı məktubda cavan qız 2012-ci il iyun ayında baş verən hadisədən danışır: "...Kamerama qaz buraxdılar və məni oradan dartıb çıxardılar. Nəfəs ala bilmirdim, boğulurdum. Öskürməyə başladım və bu zaman tüpürcəyim nəzarətçinin üstünə düşdü. Buna görə o, məni hüquq-mühafizə orqanlarının əməkdaşına hücumda ittiham etdi".

Ceymi iddia edir ki, bir dəfə onu 4 gün ərzində hərəkətsiz vəziyyətdə saxlayıblar, tualet və duşdan istifadə etməyə icazə verməyiblər.

Miçiqan Cinayətkarlıq və Qanun Pozuntularına Qarşı Mübarizə Şurasının direktor müavini Kristen Steyli hesab edir ki, uşaqlar belə müəssisələrə salınmamalıdır. O, həmçinin islah müəssisələrinin əməkdaşları tərəfindən seksual təcavüz, zorakılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək hallarını da qeyd edir.

K.Steyli qeyd edir ki, ABŞ cəza sistemindəki cari vəziyyət ölkənin cəzaçəkmə müəssisələrində nəzarətçilərin işlərinə yenidən baxılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti