Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Hakerlər Türkiyə-Suriya sərhədində yerləşdirilən "Patriot" sistemini sındırıb. Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə "Behorden Spiegel" qəzeti xəbər verir.
Məlumatda deyilir ki, "Patriot" zenit-raket kompleksi əmrlərə cavab vermir.
Türkiyə hökuməti hələlik məlumatla bağlı açıqlama verməyib.