...

Hindistanda bayram zamanı yaranan basabasda 22 nəfər ölüb

Dünya xəbərləri Materials 14 İyul 2015 13:23 (UTC +04:00)
Hindistanın Racamandri şəhərində dini festival zamanı 22 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Hindistanda bayram zamanı yaranan basabasda 22 nəfər ölüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Hindistanın Racamandri şəhərində dini festival zamanı 22 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Deccan Herald" qəzeti xəbər verir.

Yüzlərlə insan Puşkaralu bayramı münasibətilə çayda dəstəmaz almaq üçün pilləli enişə - qxatlara istiqamətlənib. Minlərlə möminin qxatların birində yığılması nəticəsində basabas yaranıb.

Məlumatda deyilir ki, həlak olanların əksəriyyəti qadınlardır. Hadisə qurbanlarının sayı arta bilər. Şəhər xəstəxanasına yerləşdirilən yaralıların bəzilərinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti