Azərbaycan, Bakı, 30 iyul /Trend/
Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində polis avtomobilinə silahlı hücüm baş verib. Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, polis və bir mülki vətəndaş həyatlarını itiriblər. Yaralanan digər bir vətəndaş isə xəstəxanaya çatdırılıb.