...

Almaniya Türkiyənin mümkün hücumlardan müdafiəsi missiyasını başa vurur

Dünya xəbərləri Materials 15 Avqust 2015 18:28 (UTC +04:00)
Almaniya 2015-ci ildə Türkiyədə "Patriot" müdafiə missiyasını başa vurur
Almaniya Türkiyənin mümkün hücumlardan müdafiəsi missiyasını başa vurur

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Almaniya 2015-ci ildə Türkiyədə "Patriot" müdafiə missiyasını başa vurur.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, Almaniya Müdafiə Nazirliyi Suriyadan Türkiyə ərazisinə ballistik mərmi atılma ehtimalının azalmasını səbəb göstərərək, belə bir addımın atılacağını bildirib.

Almaniya hökuməti zenit raket kompleksləri və 250 əsgəri missiya zonasından geri çağırmağı planlaşdırır.

Qeyd edək ki, NATO Suriya tərəfindən mümkün hava hücumundan müdafiə üçün 2012-ci ildə Türkiyədə "Patriot" missiyasına başlayıb.

Almaniya NATO missiyasının tərkibində digər partnyorlarla birgə iştirak edib.

Alman əsgərləri Kahramanmaraş şəhərinin müdafiəsi üçün türk hərbi bazasının ərazisində Suriya sərhədindən 160 kilometr məsafədə yerləşdirilib. Missiya 31 yanvar 2016-cı ilə qədər davam etməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti