...

Hakkaridə 2 hərbçi terror aktının qurbanı olub

Dünya xəbərləri Materials 24 Avqust 2015 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Türkiyənin Hakkari vilayətində yol qırağında minanın partlaması nəticəsində 2 hərbçi həlak olub. Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.

Uzaqdan həyata keçirilən partlayışın məqsədi hərbçiləri daşıyan maşın olub. Nəticədə 2 nəfər həlak olub, 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışın təşkil edilməsində PKK döyüşçüləri şübhəli bilinir. Onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti