Argentina polisi etirazçılara qarşı rezin güllələr tətbiq edib

Dünya xəbərləri Xəbər 25 Avqust 2015 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Son qubernator seçkiləri zamanı baş verən pozuntulara qarşı etiraz edən nümayiş iştirakçılarının dağıdılması üçün Argentina polisi gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Aksiya iştirakçılarından bəzilərinin ciddi zədə aldığı qeyd olunur. Hazırda xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti