...

İran və Avstriya arasında elm sahəsində 7 sənəd imzalanacaq

Dünya xəbərləri Materials 7 Sentyabr 2015 12:03 (UTC +04:00)
Avstriyanın elm naziri bu gün bu ölkənin 17 universitet rektoru ilə birgə İrana səfər edir. Bunu İranın elm, araşdırmalar və texnologiyalar nazirinin beynəlxalq münasibətlər üzrə müavini Hüseyn Salar Amoli deyib.
İran və Avstriya arasında elm sahəsində 7 sənəd imzalanacaq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Avstriyanın elm naziri bu gün ölkəsinin 17 universitet rektoru ilə birgə İrana səfər edir. Nazir Avstriyanın Federal Prezidenti Haynts Fişerin bu gün İrana rəsmi səfər edən nümayəndə heyətinin tərkibində təmsil olunur. Bunu İranın elm, araşdırmalar və texnologiyalar nazirinin beynəlxalq münasibətlər üzrə müavini Hüseyn Salar Amoli deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

H.Salar Amoli deyib ki, bu elmi nümayəndə heyəti Avropa ölkələrindən İrana səfər edən ən böyük elmi heyətdir.

Onun sözlərinə görə, səfər zamanı İran və Avstriya arasında elmi sahədə 7 sənəd imzalanacaq: "Bu sənədlərdən biri İranın Elm, Araşdırmalar və Texnologiylar Nazirliyi ilə Avstriyanın Elm Nazirliyi arsında imzalanacaq. Digər 6 sənəd isə İran və Avstriya universitetləri arasında əməkdaşlıqların artırılması sahəsində imzalanacaq".

H.Salar Amoli deyib ki, İran Avstriyaya öz universitetlərində tələbə təqaüdləri təklif edəcək: "İki ölkə arasında tələbə və müəllimlərin mübadiləsi və tələbə təqaüdləri sahəsində əməkdaşlığın artırılmasında maraqlıyıq".

Qeyd edək ki, Avstriyanın Federal Prezidenti Haynts Fişer bu gün İrana səfər edir. Səfərdə H.Fişeri 130 şirkət rəhbəri və müxtəlif rəsmilər müşaiyət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti