Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Rusiyanın Xəzər dəniz donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutaraq bütün hədəfləri vurublar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
Rusiya Müdafiə Nazirliyi raketlərin buraxılışı və onların Suriyadakı hədəflərə hərəkət marşrutunun videosunu yayıb.