...

Səfir: İsrail Fələstinlə sülh danışıqlarında maraqlı deyil

Dünya xəbərləri Materials 19 Oktyabr 2015 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

İsrail hökuməti Fələstinlə münaqişənin həlli üzrə danışıqlar prosesinə maraq göstərmir. Bunu Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

Onun sözlərinə görə, İsrailin Baş naziri fələstinli məhbusların azad edilməsi barədə ABŞ-ın dəstəyi ilə əldə edilmiş razılıq üzrə öhdəliklərdən imtina etməklə il yarım əvvəl danışıqlar prosesini dayandırdı.

Səfir bildirib ki, B.Netanyahu qanunsuz müstəmləkələşdirmə prosesini davam etdirməklə işğal edilmiş Fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin sayını artırır və fələstinlilərə təzyiqi gücləndirir: "İsrailin indiki hökuməti Fələstin dövlətini parçalamaq yolu ilə status-kvoya nail olmaq niyyətindədir".

N.Ə.Kərim əlavə edib ki, B.Netanyahu seçkiqabağı kampaniya zamanı müstəqil Fələstin dövlətinin yaranmasına yol verməyəcəyini açıq bəyan etmişdi: "Lakin sülhün əldə edilməsi bütün regiona və dünyaya çiçəklənmə, təhlükəsizlik və sabitlik gətirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti