...

Braziliyada hava şousu zamanı baş verən qəzada təyyarənin pilotu həyatını itirib

Dünya xəbərləri Materials 1 Noyabr 2015 06:31 (UTC +04:00)
Braziliyanın Salvador şəhərinin yaxınlığında hava şousu zamanı kiçik bir təyyarənin okeana düşməsi nəticəsində pilot ölüb.
Braziliyada hava şousu zamanı baş verən qəzada təyyarənin pilotu həyatını itirib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Braziliyanın Salvador şəhərinin yaxınlığında hava şousu zamanı kiçik bir təyyarənin okeana düşməsi nəticəsində pilot ölüb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Təyyarənin suya düşməsi səbəbləri məlum deyil.

Qeyd olunur ki, xilasedicilər qəzadan sonra pilotu sudan sağ çıxarmağa nail olublar, lakin o, bir müddət sonra xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti