Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Son 10 ildə 700-dən çox jurnalist öz vəzifələrini yerinə yetirərkən öldürülüb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, bunu BMT-ın baş katibi Pan Gi Mun deyib.
Pan Gi Mun qeyd edib ki, insanlara məlumatı ötürdüklərinə görə, son 10 ildə 700-dən çox jurnalist öldürülüb, bu isə hər 5 gündə biri deməkdir.