Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Livanın paytaxtı Beyrutda baş verən iki partlayış nəticəsində 37 nəfər həyatını itirib, 180 nəfər dinc sakin xəsarət alıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Partlayışlar terrorçu-kamikadzelərin partlayıcı qurğuların işə salması nəcitəsində baş verib.
Qeyd edək ki, baş verən partlayışa görə məsuliyəti üzərinə "İslam dövləti" (İD) götürüb.