...

ABŞ 18 dövlətlə Suriya məsələsi üzrə razılığa gəlib

Dünya xəbərləri Materials 24 Noyabr 2015 19:11 (UTC +04:00)
ABŞ İŞİD-ә qarşı mübarizә aparmaq üçün 65 ölkәdәn ibarәt koalisiyanın formalaşmasında mühüm rol oynayıb.
ABŞ 18 dövlətlə Suriya məsələsi üzrə razılığa gəlib

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ İŞİD-ә qarşı mübarizә aparmaq üçün 65 ölkәdәn ibarәt koalisiyanın formalaşmasında mühüm rol oynayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink deyib.

O, qeyd edib: "Son zamanlar Rusiyanın bu bölgәdә fәallığının artması barәdә mәlumatlar baxımından, ilk növbәdә, istәnilәn hәrbi zәmindә insidentin yaranmasının qarşısını almağa çalışırıq. Siyasi danışıqlar da aparılır. Ötәn altıncı gün Vyanada dövlət katibi Con Kerri Rusiya daxil olmaqla, 18 dövlәtin nümayәndәlәri ilә görüşüb".

B.Brink əlavə edib ki, görüşdə Suriya mәsәlәsi müzakirә olunub: "Görüşün sonunda kommünike qәbul olunub, iki әsas sahәdә razılaşma әldә olunub. Birincisi, Suriyada keçid dövrünün mövcud olmasıdır vә bu, yanvarın 1-nә kimi nәzәrdә tutulub. Razılığa gəlinib ki, o vaxta kimi Suriya müxalifәti ortaq mәxrәcә gәlsinlәr vә fәaliyyәtlәrini cәmlәşdirsinlәr. 2-ci hissәsindә göstәrilir ki, müxalifәti tәmsil edәn qüvvәlәr Əsәd rejimi ilә danışıqlar masası arxasında gәlәcәkdә tәqdim olunacaq konstitusiyanı vә keçirilәcәk seçkilәri müzakirә etsinlәr. Bu, yanvarın 1-dәn sonra baş tutsun vә 18 ay sonra seçkilәr keçirilsin".

Dövlət Departamentinin rəsmisi deyib ki, ABŞ mәhz bu çәrçivәdә fәaliyyәt göstәrir vә buna dәstәk verir: "Biz anlayırıq ki, İŞİD kimi bir qruplaşmaya qarşı aparılan mübarizә özlüyündә çәtin mübarizәdir. Bu mübarizә beynәlxalq müstәvidә әlaqәlәndirilmiş sәylәri tәlәb edir. Mәhz buna görә də biz koalisiya çәrçivәsindә fәaliyyәt göstәririk. Artıq bu koalisiya vә Vyana görüşlәri çәrçivәsindә sәylәrimizi davam etdiririk. Parisdә baş vermiş acınacaqlı terror hücumları, ümumiyyətlə, istәnilәn terror hücumları onu göstәrir ki, terrorçuluğa vә İŞİD-ә qarşı beynәlxalq müstәvidә әlaqәlәndirilmiş şәkildә mübarizә aparmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti