Bakı. Trend:
Tehran administrasiyası Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin yerləşdiyi Nilufər küçəsinin adını dəyişdirmək barədə qərar qəbul edib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin küçə Səudiyyə hakimiyyəti tərəfindən edam edilmiş şiə din xadimi Nimr ən-Nimrin şərəfinə adlandırılacaq.
Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi aralarında "Əl-Qaidə"nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edildiyini bəyan edib. Həmin şəxslər terrorçuluqda və ona təhrik etməkdə ittiham olunublar.
Buna etiraz edənlər Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum ediblər.