Bakı. Trend:
Keniyada Lamu dairəsində baş verən partlayış nəticəsində 6 polis əməkdaşı ölüb, daha 3-ü yaralanıb.
Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata əsasən, partlayış polis maşınının əldənqurma partlayıcının üstündən keçdiyi an baş verib. Hadisə nəticəsində daha 2 polis itkin düşüb.
Hazırda terrorçu qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.