Bakı. Trend:
Türkiyədə İstanbulun Başakşehir rayonunda mikroavtobusun iştirakı ilə baş verən qəza nəticəsində, 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, yaralananlar xəstəxanaya çatdırılıb. Qəza nəticəsində hərəkətdə yaranan çətinlik aradan qaldırılıb.