...

4 milyon suriyalı uşağın təhsillə təmin olunması üçün BMT-yə 1,4 milyard dollar tələb olunur

Dünya xəbərləri Materials 3 Fevral 2016 06:29 (UTC +04:00)
BMT-nin humanitar agentlikləri və tərəfdaşları Suriya və qonşu ölkələrdə uşaqların təhsil almasına yardım göstərilməsi üçün onlara 1,4 milyard dollar ayrılmasını istəyirlər.
4 milyon suriyalı uşağın təhsillə təmin olunması üçün BMT-yə 1,4 milyard dollar tələb olunur

Bakı. Trend:

BMT-nin humanitar agentlikləri və tərəfdaşları Suriya və qonşu ölkələrdə uşaqların təhsil almasına yardım göstərilməsi üçün onlara 1,4 milyard dollar ayrılmasını istəyirlər.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə təşkilatın fevralın 4-ü Londonda keçiriləcək Suriya və region ölkələrinə yardım göstərilməsi üzrə 5-ci illik beynəlxalq konfransı ərəfəsində yayılmış müraciətdə deyilir.

Müraciətdə qeyd olunur ki, görüş ərəfəsində, humanitar qruplar və BMT agentlikləri Suriyada və qonşu ölkələrdə 4 milyon uşaq və gəncin təhsil ala bilməsi üçün 1,4 milyar dollar ayrılmasına çağırırlar.

BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Suriyada münaqişənin başlanmasından 5 il ötəndən sonra 2,1 milyon uşağın təhsil almaq imkanı yoxdu. Həmçinin, müharibədən qonşu ölkələrdə gizlənən 700 min və qaçqınları qəbul edən icmalarda yüz minlərlə uşaq təhsil ala bilmir. Hökumətlər və beynəlxalq təşkilatların birgə səyləri bir milyondan artıq uşağın təhsillə təmin olunmasına imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti