...

Türkiyədə yeni konstitusiyanın hazırlanması üzrə komissiya yaradılıb

Dünya xəbərləri Materials 4 Fevral 2016 12:44 (UTC +04:00)
Türkiyədə yeni konstitusiyanın hazırlanması üzrə hakim və müxalifət partiya nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb.
Türkiyədə yeni konstitusiyanın hazırlanması üzrə komissiya yaradılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə yeni konstitusiyanın hazırlanması üzrə hakim və müxalifət partiya nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, komissiya üzvləri qarşısında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman deyib ki, ölkə çoxdan yeni demokratik konstitusiyaya ehtiyac duyur.

Onun sözlərinə görə, mövcud konstitusiya bir sıra qanunlarda hər hansı dəyişiklik etməyə imkan vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti