...

Politoloq: İran geosiyasi, geoiqtisadi və hərbi parametrlərdən yeni eraya başladı

Dünya xəbərləri Materials 5 Fevral 2016 14:14 (UTC +04:00)
İran geosiyasi, geoiqtisadi və hərbi parametrlərdən yeni eraya başladı.
Politoloq: İran geosiyasi, geoiqtisadi və hərbi parametrlərdən yeni eraya başladı

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

İran geosiyasi, geoiqtisadi və hərbi parametrlərdən yeni eraya başladı. İrana qarşı Qərbin sanksiyaları aradan qaldırıldı. ABŞ prezidenti B.Obama və Aİ rəhbəri bu haqda müvafiq sənədləri imzaladılar. AEBA-nın İranın nüvə texnologiyaları ilə bağlı yaydığı yekun sənəd İranla Qərb arasında sanksiyaların aradan qaldırılmasına hüquqi bünövrəsi oldu.

Sanksiyaların aradan qaldırılmasından əvvəl iki vacib hadisə də baş verdi: a) İran Fransanın "Airbus" şirkəti ilə 118 sərnişin təyyarəsinin alınması barədə müqavilə imzaladı. b) İran "Total" və "Şhell" şirkətləri ilə əməkdaşlıq barədə müqavilə imzaladı.

Baş verənlərin texnologiyası Qərbin İrana qaytaracağı pulun böyük əksəriyyətini öz məhsullarının alınmasına xərcləyəcəyi ssenarisini əvvəlcədən hazırlandığını deməyə əsas verir. Qərbin əsas məqsədi Rusiyanın İrandan bəhrələnməsinin qarşısını almaqdır.

İranın bu manevrləri Qərbin sanksiyalarının ləğvi proseduranı yubatmağa imkan vermədi. Avrokomissiya hətta İranın sanksiyalarının ləğvi məsələsinin vaxtını dəyişib yanvarın axırına keçirmişdi. Sonradan qərarına yenidən baxdı və yanvarın 16-da sanksiyalar ləğv edildi. İrana qarşı sanksiyaları ləğv edən Qərb, uduşlu vəziyyətdədir. Çünki "Airbus" və "Totalla" razılaşmalardan sonra prezident Ruhaninin İtaliya və Fransaya səfərləri zamanı da çox milyardlıq əməkdaşlıq müqavilələri imzalandı. Çin də bu müqavilədən uduş qazanmaq imkanı əldə etdi. Rusiya nəinki qazana bilmədi, əksinə İran Rusiyadan öz məqsədləri üçün vasitə kimi istifadə etdi. İran Rusiya qarşısında manevr etmək bacarığını Qərbə sübut etdi. Çünki Rusiyanın İran siyasətini ermənilər müəyyənləşdirirdilər.

İran hərbi cəhətdən, o cümlədən Rusiyanın hesabına xeyli möhkəmləndi.

İran Avropa dövlətləri üçün neftin bir barelində 7 dollar endirim etdi. İran öz daxilində qaz kəmərləri çəkilməsini İtaliyanın "Saipem" şirkətinə həvalə etdi. Rusiya şirkətlərinin bu sahədə təcrübəsi daha böyük idi, İran nəzərə almadı.

İranın daxilində Qərblə bağlı məsələlərdə müəyyən mənada konsensusun olduğunu demək mümkündür. Ali rəhbər S.Ə.Xamneinin Qərblə münasibətlərə müxalif olması barədə deyilənlər İranın siyasi davranışının tərkib hissəsidir. S.Ə.Xamnei başa düşür ki, İranın gələcək inkişafı yalnız Qərblə münasibətdə mümkün qədər özünü çox doğrulda bilər. İranın Rusiya ilə birlikdə olması bu dövlətin köklü maraqlarına ziddir. Çin lideri Si Zipinin İrana səfəri göstərdi ki, İran üçün Qərbdən sonrakı dövlət də müəyyənləşib. 60 milyard dolları əhatə edən ticari-investisiya müqaviləsi ilə yanaşı Çinin İranda AES-lər tikməsi də nəzərdə tutulub.

İran prezidentinin Avropa turnesində İtaliya və Fransada hər birində 20-yə yaxın müqavilə imzalandı. Ümumilikdə müqavilənin məbləği 35 milyard dollar hüdudlarındadır. İtaliya İran prezidentini dini ehtirama riayət etməklə qəbul etdi. Roma muzeyinə səfəri zamanı lüt heykəllərin üstü örtülmüşdü. Rəsmi ziyafət zamanı şərab verilmədi. Fransada isə şərab süfrədən götürülmədiyi üçün H.Ruhani rəsmi ziyafətdən imtina etdi.

ABŞ-ın iki kiçik gəmisi naviqasiya sisteminin düzgün işləməməsinə görə, İranın sərhəd sularına daxil oldu. Sepahın hərbi dəniz qüvvələri 10 amerikalı hərbçisini saxladı. İran ABŞ-dan Əmman körfəzində aviadaşıyıcılarını çıxarmağı tələb etdi. İranın pilotsuz təyyarəsi Fars körfəzindəki ABŞ aviadaşıyıcısı üzərində kəşfiyyat xarakterli uçuşlar etdi.

ABŞ-la əməkdaşlıq etməməklə bağlı deyilənlər yalnız ritorikadır. Aİ ilə əməkdaşlıq ABŞ-la əməkdaşlıq deməkdir.

ABŞ-la münasibətlərin normallaşması mümkündür. Amma bu Vaşinqtondan asılıdır. Ruhani hətta Vaşinqtona səfər etməsinin mümkünlüyünü bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti