...

Ukrayna Rusiya yük maşınlarına qadağa tətbiq etdi

Dünya xəbərləri Materials 15 Fevral 2016 13:51 (UTC +04:00)
Bu gündən etibarən Ukraynada Rusiya yük maşınlarının hərəkəti dayandırılıb.
Ukrayna Rusiya yük maşınlarına qadağa tətbiq etdi

Bakı. Elçin Hüseynov - Trend:

Bu gündən etibarən Ukraynada Rusiya yük maşınlarının hərəkəti dayandırılıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna höküməti qərar qəbul edib.

Qərar barədə məlumat hökümətin Twitter səhifəsində açıqlanıb.

Son zamanlarda Rusiya istiqamətində qedən yük maşınlarının Polşa ərazisində hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən yük maşınlarının yeni marşrutu Ukraynanın Zakarpatye vilayəti üzərindən istiqamətləndirildi.

Keçən həftədən isə Ukraynadakı müddətsiz etiraz aksiyalarına ğörə, Rusiyadan gələn yük maşınları buraxılmır. Buna cavab olaraq Rusiya tərəfi Ukraynada qeydiyyatdan keçmiş yük maşınlarına qadağa tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti