...

İranda parlament seçkilərində islahatçılar liderdir

Dünya xəbərləri Materials 28 Fevral 2016 12:42 (UTC +04:00)
İranda parlament seçkilərinin yenilənmiş nəticələrinə əsasən 30 lider namizədin hamısı islahatçıdır.
İranda parlament seçkilərində islahatçılar liderdir

Bakı. Trend:

İranda parlament seçkilərinin yenilənmiş nəticələrinə əsasən 30 lider namizədin hamısı islahatçıdır. Bu barədə Trend İran KİV-lərinə istinadən xəbər verir.

Seçkilərlə əlaqədar yaradılmış xüsusi qərargahın məlumatına görə, indiyədək 2,63 milyon səs hesablanıb.

Birinci yerdə 1,287 milyon səslə sabiq vitse-prezident Məhəmməd Rəza Arifdir. İkinci yerin sahibi isə 1,115 səslə Əli Mötəharidir.

İranda parlament seçkilərində 290 yer uğrunda 5 minə yaxın namizəd mübarizə aparır. Parlamentin səlahiyyət müddəti dörd il təşkil edir.

Həmçinin, İranın Ekspertər Şurasına 88 nəfər seçilməlidir. İlkin məlumata əsasən, İranın sabiq və indiki prezidentləri Əli Əkbər Haşimi Rəfsəncani (1989-1997-ci illər) və Həsən Ruhani ölkənin Ekspertlər Şurasına keçirilən seçkilərdə hamıdan çox səs toplayıblar. Ekspertlər Şurasının səlahiyyət müddəti səkkiz ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti