...

SEPAH: İran raket proqramını dayandırmayacaq

Dünya xəbərləri Materials 10 Mart 2016 12:05 (UTC +04:00)
İran hec bir halda raket proqramını dayandırmaq niyyətində deyil.
SEPAH: İran raket proqramını dayandırmayacaq

Bakı. Elçin Hüseynov - Trend:

İran hec bir halda raket proqramını dayandırmaq niyyətində deyil. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HHQ-nın komandanı, general Əmir Əli Hacızadə bəyan edib.

Ə.Ə.Hacızadə deyib ki, SEPAH hec vaxt BMT-nin Təhlükəsizlik Şürasının İranda raket istehsalına dair qətnamələri ilə razılaşmayıb: "Biz hər zaman ölkəmizi istənilən təcavüzçüdən qorumağa hazırıq. İran Yəmən, İraq və ya Suriyaya cevrilməyəcək".

Xatırladaq ki, iki gün öncə İranın Hərbi Hava Qüvvələri (HHQ) ballistik raketlərinin ikinci test sınaqlarını keçirib. Məlumata əsasən, sınaqdan İran istehsalı olan yeni nəsil iki ballistik raket keçirilib.

ABŞ Dövlət Departamentinin sozcüsü Con Kirbi bəyan edib ki, keçirilən sınaqlar İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmanı pozmur, amma BMT-nin Təhlükəsizlik Şürasının 2231 saylı qətnaməsinə ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti