...

İran və Pakistan 6 sənəd imzalayıb

Dünya xəbərləri Materials 26 Mart 2016 03:40 (UTC +04:00)
İran prezidenti Həsən Ruhani və Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif cümə günü İslamabadda regional və beynəlxalq səviyyələrdə ölkələr arasında iqtisadi əməkdaşlığı müzakirə ediblər.
İran və Pakistan 6 sənəd imzalayıb

Bakı. Trend:

İran prezidenti Həsən Ruhani və Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif cümə günü İslamabadda regional və beynəlxalq səviyyələrdə ölkələr arasında iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Trend-in İrna agentliyinə istinadən verdiyi məlumata əsasən, həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

Baş nazirlə görüşdən sonra, Ruhani nümayəndə heyəti ilə Pakistan prezidenti ilə danışıqlara başlayıb.

Qeyd olunur ki, tərəflər ticarət, sığorta, mədəniyyət, elm sahələrinə, eləcə də səhiyyə və tibb sahəsində əməkdaşlığa dair 6 sənəd imzalayıblar.

Xəbər lenti

Xəbər lenti