...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyi azaltmağa çağırıb

Dünya xəbərləri Materials 5 Aprel 2016 05:47 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyi azaltmağa və danışıqlar prosesinə qayıtmağa çağırır.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyi azaltmağa çağırıb

Bakı. Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyi azaltmağa və danışıqlar prosesinə qayıtmağa çağırır. Trend-in məlumatında görə, bunu gündəlik brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner deyib.

Onun sözlərinə görə, ABŞ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi tərəflərin danışıqlar prosesinə qaytarmağı üçün səylərini əsirgəməyəcək.

"Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT nizamnaməsi, Helsinki yekun aktı, xüsusilə də ərazi bütövlüyü prinsipləri əsasında ədalətli həlli istiqamətində Minsk qrupunun səylərini dəstəkləyirik", - deyə Toner bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti