...

Belçika həbsxanasında islamçı məhbuslar korpusu yaradılıb

Dünya xəbərləri Materials 12 Aprel 2016 12:28 (UTC +04:00)
Belçikanın İtr şəhərindəki həbsxanada aprelin 11-dən etibarən islamçı məhbuslar korpusu fəaliyyətə başlayıb.
Belçika həbsxanasında islamçı məhbuslar korpusu yaradılıb

Bakı. Elçin Hüseynov - Trend:

Belçikanın İtr şəhərindəki həbsxanada aprelin 11-dən etibarən islamçı məhbuslar korpusu fəaliyyətə başlayıb. Bu barədə Trend yerli "Derniere heure" qəzetinə istinadən xəbər verir.

Yeni korpusun ilk məhbusu "Şaxta baba" ləqəbli Xalid Zərkani olub. O, 2015-ci ilin yayında Belçika vətəndaşlarını kütləvi şəkildə Suriya və İraq müharibələrinə cəlb etmə ittihami ilə 12 il azadlıqdan məhrum olunub.

X.Zərkani bundan əvvəl Brüsselin Fore kommunasında yerləşən həbsxanada saxlanılıb. Martın 22-də Brüsseldəki terror aktlarının təşkilində şübhəli bilinən Məhəmməd Əbrini də bu həbsxanaya köçürülüb. Lakin polis bu iki cinayətkarın əlaqələrindən çəkinərək X.Zərkanini İtr şəhər həbsxanasının yeni korpusuna yerləşdirməyə qərar verib.

Eyni zamanda İtr həbsxanasının rəhbərliyi ehtiyat edir ki, islamçı dairələrdə böyük nüfuza malik X.Zərkani türmədən qaçmağa cəhd edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti