Bakı. Trend:
Əfqanıstanın Qazni vilayətində ağır yol qəzası baş verib. Trend bu barədə Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.
Məlumatına əsasən, yol nəqliyyat hadisəsində həyatını 73 nəfər itirib. Faktı Əfqanıstan səhiyyə naziri təsdiq edib.
İlkin ehtimalına görə, qəzanın baş verməsinə səbəb təhlükəli idarəetmə olub.
Hadisə baş verən ərazi nəzarətə götürülüb.