...

Almaniya 1,2 milyon qaçqın qəbul edib

Dünya xəbərləri Materials 20 May 2016 11:49 (UTC +04:00)
Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi 2016-cı ildə 200 min qaçqını qeydiyyatdan keçirib.
Almaniya 1,2 milyon qaçqın qəbul edib

Bakı. Elçin Hüseynov - Trend:

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi 2016-cı ildə 200 min qaçqını qeydiyyatdan keçirib.

Bu barədə Trend "Hannoversche Allgemeine Zeitung" qəzetinə istinadən xəbər verir.

Keçən ilin yalnız oktyabr ayında Almaniyaya 180 mindən artıq miqrant gəlib. Qəzet qeyd edir ki, keçən illə müqayisədə ölkəyə daxil olan miqrantların sayı azalıb.

Eyni zamanda, 2015-ci ilin birinci yarısında Federal İdarə 179 minə yaxın qaçqını qeydiyyatdan keçirib. 2014-cü ildə isə bu rəqəm 203 min insan təşkil edib.

2015-ci ilin sonuna isə Almaniyada 1 milyondan cox qaçqın rəsmiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti