...

Aviqdor Liberman: “Bizim ev - İsrail” Partiyası pensiyaçı repatriantların həyat səviyyəsinin yüksəlməsinə çalışır (MÜSAHİBƏ)

Dünya xəbərləri Materials 30 May 2016 08:00 (UTC +04:00)
“Bizim ev- İsrail” Partiyası qanunvericiliyi elə dəyişməyə çalışır ki, İsraildə layiqli pensiya üçün kifayət qədər vəsait toplaya bilməyən və ya bunu çatdrımayan (keçmiş SSRİ-dən olan 90-cı illərin repatriantların əksəriyyəti kimi) pensiya yaşındakı insanların gəlirlərini artırsın.
Aviqdor Liberman: “Bizim ev - İsrail” Partiyası pensiyaçı repatriantların həyat səviyyəsinin yüksəlməsinə çalışır (MÜSAHİBƏ)

Bakı. Elmira Tariverdiyeva - Trend:

"Bizim ev- İsrail" Partiyası qanunvericiliyi elə dəyişməyə çalışır ki, İsraildə layiqli pensiya üçün kifayət qədər vəsait toplaya bilməyən və ya bunu çatdrımayan (keçmiş SSRİ-dən olan 90-cı illərin repatriantların əksəriyyəti kimi) pensiya yaşındakı insanların gəlirlərini artırsın. Bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman xarici KİV-ə ilk olaraq Trend-ə müsahibəsində deyib.

O bildirib: "Bizim islahatımız yaşlı repatriantlara qarşı ədaləti bərpa edir. Lakin o, sektoral xarakter daşımır, anadan olduğu yerdən, gəldiyi ölkədən və repatriasiya tarixindən asılı olmayaraq əhalinin bütün kateqoriyasına şamil edilir".

A.Liberman qeyd edib ki, meyar ölkə mənsubiyyəti deyil, maddi vəziyyətdir: "Layiqli pensiya üçün qazanc əldə etməyi çatdırmayan pensiyaçılar arasında repatriantlar çox olduğuna görə bu islahat ilk növbədə rusdilli icmanın maraqlarına cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti