...

İldırım Almaniyada rok festivalını korladı: 71 zərərçəkən var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 İyun 2016 16:00 (UTC +04:00)
Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində xəsarət alanların sayı 71 nəfər çatıb.
İldırım Almaniyada rok festivalını korladı: 71 zərərçəkən var (YENİLƏNİB)

İlk xəbər saat 14:19-da yayılıb

Bakı. Trend:

Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində xəsarət alanların sayı 71 nəfər çatıb.

Xatırladaq ki, ötən ilin 5-7 iyun tarixində keçirilmiş festival zamanı da analoji hadisə yaşanmışdı. İldırım düşməsi nəticəsində 33 nəfər xəsarət almışdı.

X X X

14:19

Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində ən azı 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bundan əvvəl festivalın təşkilatçıları 42 nəfərin xəsarət aldığını, onlardan 8-nin vəziyyətinin ağır olduğunu bildirirdilər.

"Reuters" agentliyi yerli polisə istinadən məlumat verir ki, xəsarət alanların sayı 51 nəfərə çatıb. Səhər saatlarında əksər zərərçəkənlər tibbi yardım üçün müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti