...

Təl-Əvivdə atışma baş verib, ölənlər var (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 9 İyun 2016 02:04 (UTC +04:00)
Tel-Əvivdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Təl-Əvivdə atışma baş verib, ölənlər var (YENİLƏNİB-2)

Bakı. Trend:

Tel-Əvivdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin nümayəndəsi Ofir Gendelman bildirib.

XXX

Tel-Əvivdə baş vermiş atışma nəticəsində üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə İsrailin ikinci telekanalı məlumat verir.

Telekanalın hadisə yerində olan müxbiri bildirir ki: "Tel-Əvivdə baş vermiş terakt nəticəsində üç nəfər ölüb".

XXX

Təl-Əvivin turistlərin və yerli sakinlər üçün məşhur olan rayonunda atışma baş verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 9 nəfərin yaralandığı bildirilir.

"Polis bölmələri artıq yerindədir. Bir neçə xəsarət alan haqqında məlumat var. Rayon bağlanılıb", - polis sözçüsü Miki Rozenfeld bildirib.

Yerli telekanalların məlumatına görə, atışma rayonu müdafiə nazirliyi və baş qərargahın binalar kompleksi qarşısında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti