...

Böyük Britaniya Avropa İttifaqından çıxmağın tərəfdarıdır

Dünya xəbərləri Materials 24 İyun 2016 10:56 (UTC +04:00)
Böyük Britaniyada Avropa İttifaqından çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib.
Böyük Britaniya Avropa İttifaqından çıxmağın tərəfdarıdır

Bakı. Trend:

Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib.

Trend “RİA Novosti”yə istinadən xəbər verir ki, son nəticəyə görə, referendumda iştirak edənlərin 51,9 faizi Aİ-dən çıxmağın tərəfdarıdır.

17 milyon 410 min 742 seçici Aİ-dən çıxmağa, 16 milyon 141 min 241 seçici isə Ai-də qalmağa səs verib.

Referendumda ümumi seçici fəallığı 72,2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti