Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Devid Kemeron Kraliça II Elizabetlə görüşmək üçün Bukingem sarayına gəlib.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
D.Kemeronun bu ilin oktyabrında istefaya gedəcəyi deyilir.
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.