...

İstanbuldakı terror aktı Türkiyənin Rusiya ilə əlaqələrinə qarşı yönəldilib

Dünya xəbərləri Materials 29 İyun 2016 12:27 (UTC +04:00)

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı Türkiyə hakimiyyətinin Rusiya və İsraillə əlaqələri qurmaq cəhdlərinə qarşı yönəldilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, Türkiyəyə xəbərdarlıq edirlər ki, Ankara Rusiya dipolmatiyasının səyləri ilə formalaşdırılan vahid antiterror cəbhəsində yer almasın.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb. İlkin məlumata görə, terror aktını İŞİD terror təşkilatı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti