...

Atatürk hava limanında partlayışı Tacikistan əsilli terrorçular törədiblər

Dünya xəbərləri Materials 30 İyun 2016 04:57 (UTC +04:00)
İyunun 28-də İstanbulda Atatürk hava limanında baş vermiş terror aktını Tacikistan əsilli terrorçular tərəfindən törədildiyi bildirilir.
Atatürk hava limanında partlayışı Tacikistan əsilli terrorçular törədiblər

Bakı. Trend:

İyunun 28-də İstanbulda Atatürk hava limanında baş vermiş terror aktını Tacikistan əsilli terrorçular tərəfindən törədildiyi bildirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Qəzetin verdiyi məlumata görə, terror aktını 3 terrorçu törədib. Onların şəxsiyyəti hələlik məlum deyil.

Son məlumatlara görə, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti